Главная > Problem > Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR

Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR


29-03-2016, 13:49.
Bakıda magistral yolda göl yarandı, hərəkət dayandı - VİDEO, FOTOLAR
Ənənəvi olaraq yenə də paytaxt Bakı dünən gecədən başlayaraq yağan yağışdan üzüağ çıxa bilmədi. Yenə küçələri su basdı, kanalizasiyalar dolub-daşdı. Ən pisi isə magistral yollarda suyun yığılıb, iri göl əmələ gətirməsi və avtomobillərin hərəkətində məhdudiyyətlər yaranması oldu.
 
Nizami rayonu, Mehdi Abbasov küçəsindən keçən magistral yolun hərəkət hissəsində gölün yaranması da bu gün Bakı sakinlərinin, həmin yoldan keçən avtomobillərin çətin anlar yaşamasına səbəb olub. 

Təqribən magistral yolun 100 metrlik hissəsində dərin gölməçə yaranıb. Nəqliyyat vasitələri bu gölməçəyə çatdıqda ehtiyatla hərəkət etmək məcburiyyətində qalıblar. Bu isə arxadan gələn avtomobillərin sıxlığına səbəb olub.
 
Hətta bir çox avtomobillərin sıradan çıxıb, yolun ortasında qalması nəticəsində uzun tıxac da yaranıb. Bir neçə avtomobilin dövlət nömrə nişanı suyun təsiri ilə qoparaq düşüb və ərazidə qalıb.
 
Əraziyə "Azəravtoyol” ASC-nin əməkdaşları cəlb ediliblər. Bir tərəfdən yolun suyu boşaldılıb, digər tərəfdən isə sıradan çıxan avtomobillər evakuatorlarla ərazidən kənarlaşdırılıb. 

Problemin aradan qaldırılması zamanı çətinliklər yaşanıb, "Azəravtoyol” ASC-nin əməkdaşları yarım saatlıq axtarışdan sonra kanalizasiya sistemini tapa biliblər.

Musavat.com-un hadisə yerində olan müxbiri yaşanan problemlərlə bağlı videoçəkiliş aparıb. 

Həmin videogörüntüləri təqdim edirik. 

Məğrur Mərd,
Fotolar və video müəllifindir.


 















Вернуться назад