Главная > Cəmiyyət > Müsavatın Divanı tam tərkibdə…

Müsavatın Divanı tam tərkibdə…


28-03-2016, 19:07.

Müsavatın Divanı tam tərkibdə…Martın 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Divanın bu toplantısı həbsdən yeni azad olunmuş Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqovun iclasa qatılması və qurultaydan sonra qurumun ilk dəfə olaraq tam tərkibdə yığışması ilə əlamətdar olub.

Müsavat Partiyasından "Basta”ya verilən məlumata görə, Belçikada və Pakistanda  terror hadisələri zamanı həlak olnların xatirəsi yad edilib.

İclasda Divan üzvü Səxavət Soltanlı Qaradağ rayon təşkilatında keçirilmiş konfrans və formalaşmış strukturlar barədə məlumat verib.

Divan üzvü Elman Fəttahın Şəki şəhər təşkilatında ümumi yığıncağa hazırlıq işləri barədə məlumatı dinlənilib.

İclasda martın 31-də saat 11:00-da Bakıda ermənilər tərəfindən törədilmiş soyqırımın ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb.

Bayram günlərində sərhəd bölgəsində şəhid olmuş iki əsgərimizin ailələrinə və yaxınlarına başsağlığı verilib.

İclasda Sumqayıt şəhər polis idarəsində baş verən  işgəncə faktı hüquq-mühafizə orqanlarında törədilən cinayət kimi qiymətləndirilib. Prokurorluqdan hadisənin araşdırılması və hüquqi qiymət verilməsi tələb edilib.

Dünyada və regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Müsavat Partiyası Məclisinin növbəti sessiyasının gündəlik layihəsi hazırlanıb. Sessiyanın aprelin 2-də saat 11:00-da keçirilməsi barədə qərar qəbul edilib.

12928343_1254960147852175_4029118043516849416_n


Вернуться назад