Главная > Mövqe > İntiqam Əliyev: “Fəaliyyətimi davam etdirəcəyəm”

İntiqam Əliyev: “Fəaliyyətimi davam etdirəcəyəm”


28-03-2016, 19:41.
 

İntiqam Əliyev:

"Yenidən öz fəaliyyətimi davam etdirəcəyəm”.

 

APA-nın məlumatına görə, bunu bu gün azadlığa buraxılan Hüquq Maarifçiliyi

Cəmiyyətinin sədri İntiqam Əliyev deyib.

 

O həmçinin hüquq müdafiə təşkilatlarına təşəkkürünü bildirib.

 

Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun İ. Əliyevə 

təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə

iclası keçirilib. Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum

iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə

edib.

 

Plenum kassasiya protestini təmin edib.

 

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində

olan cəza şərti hesab olunub və 5 il şərti cəza müəyyən edilməklə azadlığa

buraxılması haqda qərar qəbul edilib.

 

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma),

308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq)

və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir. Bakı Ağır

Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq

hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev

kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 


Вернуться назад