Главная > Mövqe > Həbsxanada yanğın: 5 nəfər öldü

Həbsxanada yanğın: 5 nəfər öldü


27-03-2016, 11:56.

bitmap-img6

İndoneziyanın Sumatra adasında məhbuslar tərəfindən törədilən yanğın nəticəsində ən azı 5 nəfər ölüb

 


APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın cümə axşamı hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoriteti həbsxanadan digər həbsxanaya köçürəndən sonra başlayıb.

Həmin cinayətkarın həbsxanada narkotik vasitə ticarətinə nəzarət etdiyi ehtimal olunur. Hüquq-mühafizə orqanları hesab edir ki, məhbuslar narkobarona dəstək məqsədi ilə yanğın törədiblər. Yanğından sonra sağ qalan 252 məhbus başqa həbsxanaya köçürülüb. Cəzaçəkmə müəssisəsinin əməkdaşları arasında xəsarət alan olmayıb.

Вернуться назад