Главная > İdman > Azərbaycan Qazaxıstana uduzdu

Azərbaycan Qazaxıstana uduzdu


26-03-2016, 22:25.

Milli komandamız bu gün yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, martın 21-dən Antalyada təlim-məşq toplanışında olan əsas komandamız Qazaxıstanla üz-üzə gəlib.

 

Bu, DÇ-2018-in seçmə mərhələsinə hazırlaşan komandamızın 2016-cı ildə ilk sınağı idi.

 

Matçın 8-ci dəqiqəsində erkən qolla hesabda geri düşən yığmamız matçın gedişində bunu aradan qadıra bilməyib. İkinci hissədə bir neçə dəfə hesabı bərabərləşdirmək şansımız olsa da, futbolçularımız əllərinə düşən imkanlardan istifadə edə bilməyiblər.

 

Qarşılaşma elə bu hesabla da bitib.

 

Yoldaşlıq görüşü

26 mart

 

Azərbaycan – Qazaxıstan - 0:1

Qol: Maksat Bayjanov, 8

 

Hakimlər: Ali Palabıyık,  Ceyhun Sesigüzel, Kerem Ersoy, Halil Umut Meler

Antalya. "Gloria Sports Arena” stadionu


Вернуться назад