Главная > Kriminal > Xristianların Pasxasını təbrik edən müsəlman biznesmen öldürüldü

Xristianların Pasxasını təbrik edən müsəlman biznesmen öldürüldü


26-03-2016, 22:20.

Şotlandiyanın paytaxtı Qlazqoda müsəlman biznesmen öldürülüb.

"Qafqazinfo” Associated Press-ə istinadən xəbər verir ki, Əsəd Şah adlı mağaza sahibinin məhz dini zəmində qətlə yetirildiyi ehtimalları var. Belə ki, Əsəd Şah ölümündən əvvəl şəxsi facebook hesabında "Xeyirli cümələr və xoş Pasxa arzu edirəm. Xüsusilə də mənim sevimli xristianlarıma...” təbrikini yazıb.

Daha sonra isə 32 yaşlı kişinin meyiti tapılıb. Onun bədəninə bir neçə bıçaq zərbəsi vurulub.

Onun ölümü ilə bağlı artıq şübhəli şəxsin tutulduğu da qeyd edilib. Bildirilir ki, Şotland Milli Partiyasının rəhbəri və nazir Nikola Stardjen Şahın ailəsinə dəstək məqsədilə onları ziyarət edib.


Вернуться назад