Главная > Cəmiyyət > Nazirlə bank müdirinin “obnaliçka” əməliyyatı (?) – Məktub
Nazirlə bank müdirinin “obnaliçka” əməliyyatı (?) – Məktub26-03-2016, 17:48. |
Həbsdə olan Sumqayıtın 41-ci məhəllə, ev 4, mənzil 49-da pasport qeydiyyatında olan Şamil Əliyev Sonqulu oğlu prezident İlham Əliyevə müraciət edib. Uluyol.info dia.az-a istinadla müraciəti təqdim edir: "Tora düşmüşəm” "2011-ci ildə 5 il azadlıqdan məhrum edilmişəm. Həbsimin səbəbi isə Azərbaycanda vergidən yayınmaqla – "obnaliçka” ilə məşğul olan mütəşəkkil dəstənin toruna düşməyim olub. Belə ki, məni bu dəstənin toruna Əmrah və Cəbrayıl adlı şəxslər salıb. Bu şəxslər də həmin dəstənin fəal üzvlərindəndir. "Arxamızda vergilər naziri durur” Məhkum qeyd edib: "Amma hər kəs ona Şahin deyirdi. Mütəşəkkil dəstənin aparıcı füqurlarından biri də Kapital Bank ASC-nin "Rabitə” filialının müdiri Sabir müəllim idi. İri maliyyə əməliyyatlarını məhz Sabir müəllimin aparırdı. Həmin mütəşəkkil dəstə üzvləri qeyd edirdi ki, bizim arxamızda vergilər naziri Fazil Məmmədov durur. Prezidentə müraciət Ş.Əliyevin sözlərinə görə, bu mütəşəkkil dəstə üzvləri qardaşına hədə-qorxu gələrək, ağzını yummağı və bütün bildiklərini heç kəsə danışmamağı əmr edib: "Hətta qardaşıma tövsiyyə etmişlər ki, bir daha hər hansısa bir quruma müraciət etsə onun da vəziyyəti heç də ürək açan olmuyacaq. Dəstə üzvləri qardaşıma bildirmişlər ki, onsuz da bizim arxamızda nazir Fazil Məmmədov dayanır və heç bir nəticə əldə edə bilməyəcəksən. Cənab Prezident, 1 milyon manat vergi borcu olan şəxs milyonlara sahib olmalı, maliyyə əməliyyatları aparmalıdı. Amma mənim heç çörək almağa pulum olmayan vaxtlarım olub. Vergilər Nazirliyi məni sahibkar kimi qələmə verib. Amma buyurub araşdırsınlar, yaşadığım evə baxış keçirsinlər. O zaman görəcəklər ki, bu adam 10 manat tapıb evin işıqlarını düzəltdirə bilmir. Mənim isə həbsimə səbəb olan Şahoğlan və Sabir müəllim villada yaşayırlar. Bu adamlar azadlıqda gəzərək mənim kimi neçə-neçə şəxsləri bədbəxt edirlər. Cənab Prezident, ümid edirəm ki, bu müraciətimi diqqətə alaraq insanların bədbəxtliyi üzərində xoşbəxt olan mütəşəkkil dəstə üzvlərinin cəzalandırılmasına xüsusi göstəriş verəcəksiniz. "Obnaliçka əməliyyatları” araşdırılarsa o zaman ortaya dəhşətli faktlar çıxar”. Qarşı tərəfi də dinləməyə hazırıq… Вернуться назад |