Главная > Kriminal > Ağcabədi rayonunda polis narkotik satır - İDDİA

Ağcabədi rayonunda polis narkotik satır - İDDİA


26-03-2016, 15:35.

Ağcabədidə polis narkotik satır - İDDİA

Uluyol.info xəbər verir ki, Xeberman.com saytına Ağcabədi rayonundan şikayət məkrubu daxil olub.Şikayətdə bildirilir ki, narkotik maddələrin satışı rayonda artıq ayaq açıb. Ən təəssüfləndirici hal isə, narkotik maddələrin satışına Ağcabədi rayon polisinin nəzarət etməsidir. Adının açıqlanmasını istəməyən şikayətçinin məktubunu olduğunu kimi sizə təqdim edirik:

"Hörmətli redaksiya yazıb sizə bildirirəm ki, Ağcabədi rayon Hindarx qəsəbəsində və Şərəfxanlı kəndində narkotik maddələrin istifadəsi və satışı geniş vüsət alıb. Narkotik maddələrin satışına birbaşa Ağcabədi rayon polis idarəsi nəzarət edir. Rayon cavanlarının zəhərlənməsinin qarşısı tez bir zamanda alınmalıdır. Çünki, cavanların əksəriyyəti bu zəhərə qurşanıblar. Sizdən xaiş edirəm məlumatı dərc edin. Adım və soyadımın qeyd olunmamasını sizdən bir daha xahiş edirəm".

Hörmətlə: Ağcabədi rayon Şərəfxanlı kəndi.

 Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.


Вернуться назад