Главная > Mövqe > Kerri qırmızı çamadanda Putinə nə gətirib? - Video

Kerri qırmızı çamadanda Putinə nə gətirib? - Video


25-03-2016, 08:17.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın Dövlət katibi Con Kerri amerikalı diplomatın Moskvaya gətirdiyi qırmızı çamadanla bağlı zarafatlaşıb.

 

Axar.az RİA-ya istinadən xəbər verir ki, görüş zamanı Putin dövlət katibinə təyyarədən enərkən çamadanını daşımaqda ona heç kimin kömək etməməsindən məyus olduğunu bildirib:

 

"Yəni bir adam tapılmadı ki, sizə çamadanınızı daşımaqda kömək etsin? Yəqin qırmızı çamadanınızda dəyərli nəsə var. Məsələn, Rusiya ilə ticarət qurmaq üçün pul”.

 

Kerri öz növbəsində Putinlə təkbətək görüş zamanı portfelin içindəkini ona göstərəcəyini söyləyib:

 

"Çamadanımda olan şeyi sizin üçün gətirmişəm. Bu, sizin üçün nəzərdə tutalan xoş bir sürprizdir".

 

 


Вернуться назад