Главная > Aktual > PKK-dan kürd xalqına zərbə

PKK-dan kürd xalqına zərbə


24-03-2016, 13:35.

Türkiyənin Diyarbəkir vilayətində yüzlərlə döyüşçüsünü itirən PKK terror təşkilatı özünə dəstək verməyən kürd xalqını təhdid etməyə başlayıb.

 

Axar.az xəbər verir ki, vilayətin Sur, Cizrə kimi rayonlarında insanların evlərindən köçməsinə səbəb olan təşkilat bu dəfə gözünü uşaqlara dikib.

 

PKK-nın döyüşçü toplamaq üçün "hər evdən bir oğlan uşağı” adı altında vətəndaşları təhdid etdiyi bildirilir.

 

Övladlarını terrorçulardan qorumaq istəyən vətəndaşlar isə artıq Türkiyənin Daxili İşlər Nazirliyinə müraciət edib.


Вернуться назад