Главная > İdman > Obamanın qızları Messinin fanatlarıdır

Obamanın qızları Messinin fanatlarıdır


24-03-2016, 23:41.
Obamanın qızları Messinin fanatlarıdır
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Argentinaya ziyarətində maraqlı bir etiraf edib. 

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, prezident qızlarının Papa Frensislə tanış olduğunu deyib və əlavə edib ki, amma onların digər məşhur argentinalıyla, futbolçu Messiylə görüşmələrini təşkil edə bilməyib.

Obama qızları Saşa və Melianın Lionel Messinin pərəstişkarı olduğunu bildirib.

Argentinadakı gənc iş adamları qarşısında danışan Obama deyib: "Onları da bura gətirib bu gözəlliyi və coşqunu görmələrini istərdim. Bir başqa məşhur argentinalı müqəddəs Papa Frensislə görüşdülər. İndi Messi ilə görüşmək istəyirlər, amma bunu təşkil edə bilmədim".


Вернуться назад