Главная > Mövqe > Siyasi məhbusun anası AXCP-yə qoşuldu

Siyasi məhbusun anası AXCP-yə qoşuldu


24-03-2016, 13:58.
zulfiye-elvin
Gənc siyasi məhbus, AXCP GK-nin üzvü Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva AXCP sıralarına qoşulmaq qərarı verdi.
Bu barədə Zülfiyyə Abdullayeva öz "facebook” səhifəsində yazıb.
"Düzü bir müddət özümə zaman tanıdım, içlərinə girib yaxından tanımaq istədim, istəyin daxildən gəlməsi üçün gözlədim. Nədən cəbhəçi olmayım ki? Axı ağır günümüzdə ailə olaraq bir köynək yaxın 3 yaxınımdan, AXCP və Milli Şuradan başqa kimsədən mənəvi dəstək görmədim. Övlad yetişdirdik, rejim kürəyimizdən bıçaq vurdu, şərlədi. Amma sən demə heç nə dəhşətli deyilmiş, sadəcə, başına gəlir, olursan dəmir ledi. AXCP ailəsinə qoşulacam, səmimi insanları sevirəm, bu ailəni sevirəm. Zorla deyil ki, xoşluqladır, ürəyim belə istəyir”.
Вернуться назад