Главная > Kriminal > Bakıda avtobus sürücüsü qrafik üstündə iş yoldaşını öldürdü - FOTOLAR

Bakıda avtobus sürücüsü qrafik üstündə iş yoldaşını öldürdü - FOTOLAR


23-03-2016, 19:23.
Bakıda avtobus sürücüsü qrafik üstündə iş yoldaşını öldürdü - FOTOLAR
Bakıda avtobus sürücüsü iş yoldaşını qətlə yetirib. 

Hadisə Nərimanov rayonun İsmayil Hidayətzadə küçəsindəki 3 saylı binanın qarşısında
baş verib. 

4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon
sakini, 37 yaşlı Məmməd Məmmədov, eyni marşrut xəttində sürücü işləyən Bakı
şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini bıçaqlayıb. 

İlkin ehtimala görə, sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafukində
bir neçə dəqiqəlik pozuntu səbəb olub. Mübahisə zamanı ürək nahiyəsindən bir bıçaq
zərbəsi alan Zülfüqar Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qətli törədən Məmməd Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən saxlanılıb. 

Hadisənin hansı səbəbdən baş verdiyi aparılan istintaq tədbirlərindən sonra məlum
olacaq. 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin
120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
(musavat.com)



 





Вернуться назад