Главная > İdman > Millimiz böyük hesabla qalib gəldi

Millimiz böyük hesabla qalib gəldi


23-03-2016, 12:37.

Millimiz darmadağınla qalib gəldi

Futzal üzrə milli komandamız dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda oyuna çıxıb.

Qol.az-ın məlumatına görə, Tino Peresin komandası pley-off mərhələsində Hollandiya ilə ilk oyununa çıxıb.

Almere şəhərində baş tutan qarşılaşma millimizin inamlı qələbəsi ilə başa çatıb - 5:1. Bununla da komandamız dünya çempionatına vəsiqəni böyük ölçüdə təmin edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 12-də Bakıda keçiriləcək.


Вернуться назад