Главная > Cəmiyyət > Məhəmmədhüseyn Şəhriyarın Novruz haqqında şeri öz səsi ilə (Video)

Məhəmmədhüseyn Şəhriyarın Novruz haqqında şeri öz səsi ilə (Video)


22-03-2016, 21:15.
Məhəmmədhüseyn Şəhriyarın Novruz haqqında şeri öz səsi ilə (Video)Şəhriyar təxəllüsü ilə yazan böyük Azərbaycan şairi Məhəmmədhüseyn Təbrizi məşhur "Heydər babaya salam" şeirində Novruz bayramı ənənələrini də qeyd edir. 

Məhəmmədhüseyn Şəhriyar Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. Onun "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr edilib. Şair 1988-ci ildə vəfat edib. 

Bayram idi,gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu.
Hər kəs şalın bir bacadan soxurdu,
Ay ,nə gözəl qaydadı,şal sallamaq.
Bəy şalına bayramlığın bağlamaq
Şal istədim ,məndə evdə ağladım,
Bir şal alıb,tez belimə bağladım.
Qulamgilə qaçdım ,şalı salladım.
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ,ağladı.


 

Вернуться назад