Главная > Siyasət > “Terrorçular bəşəriyyətin düşmənidir” – Müsavatın bəyanatı

“Terrorçular bəşəriyyətin düşmənidir” – Müsavatın bəyanatı


22-03-2016, 19:47.

“Terrorçular bəşəriyyətin düşmənidir” – Müsavatın bəyanatı"Müsavat Partiyası Belçikanın paytaxtı Brüsseldə həyata keçirilən terror aktlarını  qətiyyətlə pisləyir, terror nəticəsində həlak olanların ailələrinə və Belçika xalqına başsağlığı verir, yaralıların tez sağalmasını arzulayır”. Bu sözlər Müsavat Partiyasından bu gün "Basta”ya daxil olan bəyanatda əks olunub.

Bəyanatda daha sonra deyilir:

"Müsavat Partiyası terroru, onun sifarişçilərini və həyata keçirənləri bəşəriyyətin düşməni saydığını bildirir.

Paris, İstanbul, Ankara və bu gün isə Brüsseldə törədilən terror aktları bütövlükdə  bəşəriyyətə yönəlik cinayətdir. Müxtəlif mənşəli və müxtəlif məqsədli terrorçuların birləşə bilməsi böyük təhlükədən xəbər verir. Bu təhlükənin qarşısının alınması üçün mütərəqqi qüvvələrin də birgə hərəkət etməsi zəruridir.

Müsavat Partiyası bütün dövlətləri, beynəlxalq təşkilatları, mütərəqqi qüvvələri terrora qarşı birgə mübarizəyə çağırır”.


Вернуться назад