Главная > Cəmiyyət > Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-FOTOLAR

Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-FOTOLAR


22-03-2016, 19:23.
Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-fotolar
Martın 19-da Osmanlının qədim paytaxtı Bursa şəhərindəDünya Qarapapaq Türkləri və Bursa Bələdiyyəsinin təşkilatçılığı ilə Türk Dünyası Kültür Qurultayı və "Novruz Kutlamaları" keçirildi. Borçalı İctimai Cəmiyyəti bu möhtəşəm törəndə Azərbaycan və Gürcüstandan olan 15 nəfərlik heyətilə iştirak etdi. Türkiyənin ağır sınaqlarla üz-üzə qaldığı bu günlərdə baş tutan bu səfərdə "Cəmiyyət" olaraq istər Azərbaycan türkləri, istərsə də Borçalıdakı soydaşlarımız adına da qardaş Türkiyənin yanında olduğumuzu bəyan edib, birlik, bərabərlik və barış mesajlarımızı çatdırdıq. Tədbirin rəsmi açılışında Cəmiyyətin sədri Zəlimxan Məmmədli də protokol çıxışçıları arasında idi. O çıxışında Mərkəzi Borçalı-Gürcüstan olan qarapapaq türklərinin missiyasi haqqında danışdı. O, Türk dünyasının birliyi müstəvisində, Türkiyə Cumhuriyyətinin haqq mübarizəsinin yanında olduqlarını, Qarabağın erməni-rus işğalçılarından təmizlənməsi və bütövləşməsində Azərbaycanın yanında, o cümlədən Gürcüstanın haqq mübarizəsinə dəstək verərək soydaşlarımızın yanında olacaqlarını bəyan etdi. Z.Məmmədli Eyni zamanda Azərbaycan Prezidentinin Türkiyə sınağından uğurla çıxdığına işarə edərək-" Bu jest Türkiyə ilə Azərbaycanı ayırmaq istəyən qüvvələrə ən tutarlı cavabdır. Bu prosesin davamlı olmasına dəstək vermək biz Borçalıların, qarapapaq türklüyünün borcu olmalıdır. Biz haqlı olaraq bir millət, iki dövlət şüarından çox istifadə edirik. Düşünürəm ki, artıq bir millət, bir dövlət, 2 bayraq – konfederativ dövlət qurmaq üzərində düşünmənin zamanı yetişmişdir.”
Daha sonra Zəlimxan Məmmədli Borçalı türkləri, Gürcüstan və Azərbaycan adından türklük simgəsi olan telli sazı Bursa Böyükşəhər Bələdiyyə Başkanı cənab Rəcəb Altəpəyə hədiyyə etmişdir. 
Tədbirin ikinci günü vida mərasimində Borçalı Cəmiyyətinin üzərində Azərbaycan inciləri həkk olunmuş hədiyyələrinin təqdimat mərasimi keçirildi. Hədiyyələr Dünya Qarapapaq türkləri Birliyi Başkanı Seyfullah Türksoyun təqdimatı ilə tədbirin hazırlanmasında əməyi olan kəslərə Borçalı Cəmiyyətinin İdarə Heyətinin üzvləri Sabir Aşurov, Rüfət Muradlı, Əhməd Məmmədov, Elbəyi Cəlaloğlu, Eldar Məmmədov tərəfindən təqdim edilmişdir. Tədbirə türk dünyasının müxtəlif yerlərindən gələn sənətçilərlə yanaşı Aşıq Cahangirin saz havaları, Qafqaz Camaloğlujun qara zurna və ney ifaları, Səadət Buta, Suleyman Əhmədov, Vəli Qaraçaylının, Dərviş Osmanın şerləri və güneyli ozan Yanar Sönməzin əzəmətli səsi xüsusi rəng qatmışdır. Azərbaycan Millət vəkili Fazil Mustafanın çıxışı da rəğbətlə qarşılanmışdır.
Bu gün qardaş Türkiyədə Dünya Qarapapaq Türkləri Birliyinin imza atdığı bu uğurlar bizləri gerçəkdən sevindirir. Düşünürükki, Borçalı Cəmiyyətinin 2009-cu ildən izlədiyi yol, sərgilədiyimövqe artıq öz bəhrəsini verməkdədir. 7 il öncə başlanmış"ELAT" ənənəsi artıq Gürcüstan və Azərbaycan sərhədləriniaşaraq Türkiyədə də geniş vüsət almış, Türk Dünyasınınbirliyinə öz töhfəsini verməkdədir. 
Hesab edirik ki, bu gün hər zamankından daha çox ehtiyac duyduğumuz birlik və bərabərlik yolundakı bu çalışmalar yaxın gələcəkdə öz faydasını daha çox göstərəcəkdir. Borçalı İctimaiCəmiyyəti olaraq bu yolda əməyi keçən hər kəsə təşəkkürümüzübildirərək, Türk Dünyasının birliyi yolunda həyata keçən bütün
fəaliyyətlərin önündə yer alacağını, bu fəaliyyətlərə hər zaman dəstək verəcəyimizi bəyan edirik.

Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-fotolar
Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-fotolar
Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-fotolar
Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-fotolar
Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-fotolar
Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-fotolar
Borçalı Cəmiyyətindən Bursa səfəri haqda açıqlama-fotolar

Вернуться назад