Главная > Mövqe > “Krımı cəngavərlər geri qaytaracaq”

“Krımı cəngavərlər geri qaytaracaq”


22-03-2016, 17:07.

“Krımı cəngavərlər geri qaytaracaq”Rusiyanın işğalından sonra Krıma girişinə qadağa qoyulan Krım Tatar Məclisinin rəhbəri, Ukrayna Ali Radasının deputatı Refat Çubarov bəyan edib ki, rəsmi Kiyev öz ərazisi saydığı bu yarımadanı geri qaytarmaq iqtidarındadır. Həm də diplomatik yox, hərbi yolla. Bu barədə Çubarov "Krım.Reallıqlar” nəşrinə müsahibəsində bildirib.

Məclis sədrinin sözlərinə görə, öncə Ukrayna Silahlı Qüvvələrinin bölmələri qəti hərəkətə keçməlidir: "Bundan sonra isə Rusiya Krımı qoyub getməyə vadar olacaq. Elə onlara işləyənlərlə birlikdə. Onların sayı isə min, ya iki min ola-olmaya. Bütün o ruspərəst balbeklər, ilyasovlar, aksyonovlar, konstantinovlar və digərləri, ola bilsin, rus döyüşçülərindən də qabaq qaçıb getdilər”.

Ukrayna Silahlı Qüvvələrinin ardından, Refat Çubarovun təbirincə desək, özəl "Krım” batalyonunun cəngavərləri əraziyə daxil olacaq ki, onlar da yarımadanın cikinə də, bikinə də bələddirlər və orada xeyli qohum-əqrabaları kök salıb: "Məhz onlar hökumət binalarını, yolları, strateji obyektləri birbaşa öz nəzarətləri altına götürəcəklər”.

Elə bu ərəfədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib ki, Krımda vəziyyətin nəzarətdən çıxması ehtimalı qalmaqdadır: "Sirr deyil ki, Ukrayna hakimiyyəti yarımadada pozuculuq fəaliyyətini genişləndirməkdədir, – o cümlədən, milli amillərdən yararlanmaqla”. /korrespondent.az/


Вернуться назад