Главная > Ümumi > NİDA-çıların işi Avropa Məhkəməsində

NİDA-çıların işi Avropa Məhkəməsində


22-03-2016, 16:59.
NİDA-çıların işi Avropa Məhkəməsində
Avropa İnsan Haqları Məhkəməsi Məmməd Əzizov, Şahin Novruzlu və Zaur Qurbanlının həbs edilməsi ilə bağlı verilən şikayətə dair kommunikasiyaya başlayıb.

Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

Məhkəmə, Avropa İnsan Hüquqları Konvensiyasının azadlıq və təhlükəsizlik hüququ ilə birgə götürülməklə 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusuna dair kommunikasiyaya başlayıb.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il və Şahin Novruzlu 6 il həbs cəzası alıblar.

Вернуться назад