Главная > Mənəviyyat > Tapdığı 30 min dolları sahibinə qaytardı...

Tapdığı 30 min dolları sahibinə qaytardı...


7-11-2015, 23:36.

Türkiyədə insan dəyərlərinin hələ də var olduğunu sübut edən maraqlı hadisə yaşanıb.

İstanbul Atatürk hava limanında işləyən bir nəfər təmizlik işçisi gənc oğlan, dəhlizi təmizləyərkən içərisində 35 min dollar olan pul kisəsi tapıb. O, heç bir əlavə şey ağlına gətirmədən, kisənin sahibini tez tapmaq üçün pulları müdiriyyətə təslim edib.

Rəhbərlik təcili anonsla pul kisəsinin sahibini tapa bilib.

Aylıq maaşından 75 dəfə artıq olan pulu qaytaran gənc oğlan bir anda qəhrəmana çevrilib.

Pul kisəsinin sahibi müdiriyyətdən həmin gənci görməyi xahiş edib.

Ən maraqlı an isə həmin vaxt yaşanıb.

Təmizlikçi oğlan kisənin sahibi ilə görüşündə "Haramdan xeyir gəlməz. Haramla heç nə əldə edilməz" deyib.

Bu həssas davranışdan ötəri Atatürk Havalimanı rəhbərliyi təmizlikçi oğlana 500 lirə mükafat verib.

"Bu davranış böyük bir vicdan və əxlaqın məhsuludur" deyə müdiriyyət açıqlama verib.(sputnik.az)


Вернуться назад