Главная > Kriminal > Seymur Həzinin şikayətinə aprelin 13-də baxılacaq

Seymur Həzinin şikayətinə aprelin 13-də baxılacaq


20-03-2016, 21:10.

Seymur Həzinin şikayətinə aprelin 13-də baxılacaqAzərbaycan Ali Məhkəməsində jurnalist Seymur Həzinin kassasiya şikayətinə baxılması aprelin 13-nə təyin edilib. İlham Cəfərovun sədrliyi ilə keçiriləcək prosesdə Həzinin özünün də iştirak edəcəyi gözlənilir.

Vəkil Adil İsmayılov kassasiya şikayətində aşağı məhkəmə instansiyalarının qərarlarını ləğv etməyi və bəraət çıxararaq, jurnalistin cinayət təqibinə son qoymağı xahiş edir.

Jurnalist ittihamı təkzib edir və onu siyasi motivli hesab edir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

2014-cü il avqustun 29-da avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxs jurnalistə yaxınlaşıb və onu təhqir etməyə başlayıb. Daha sonra o, Həziyə hücum edib və onu döyməyə başlayıb. Özünümüdafiə məqsədilə Həzi hücumçuya əlindəki butılka ilə zərbə endirib. Həmin vaxt polis gəlib, Həzini saxlayıb və bölməyə aparıb.

Seymur Həzi müxalif "Azadlıq” qəzetinin aparıcı icmalçılarından biri, habelə peyk vasitəsilə və İnternetdə yayımlanan, Azərbaycan hakimiyyətini kəskin tənqid edən "Azərbaycan saatı” televerilişinin aparıcısıdır.


Вернуться назад