Главная > Kriminal > Kriminal avtoritetin xəstəxanadan qaçışı - VİDEO

Kriminal avtoritetin xəstəxanadan qaçışı - VİDEO


20-03-2016, 15:27.

Kriminal avtoritetin xəstəxanadan qaçışı - VİDEO

Türkiyədə kriminal aləmin tanınmış üzvlərindən biri olan Hünkar Karataşın xəstəxanadan qaçışının yeni görüntüləri ortaya çıxıb.


Matın 11-də həbsxanadan müalicə olunmaq üçün xəstəxanaya gətirilən Karataş oraan qaçmağı bacarıb.


Artıq bir neçə gündür ki, hüquq mühafizə orqanları tərəfindən axtarılan kriminal avtoritetin xəstəxanadan necə qaçdığının görüntüləri yayılıb.


Hünkar Karataş əsgərlərin müşayəti ilə müalicə otağına girir. Onların ardınca xəstəxana maskası taxan naməlum şəxs də həmin otağa daxil olur. Daha sonra Karataş otaqdan çıxaraq qaçmağa başlayır. Onu tutmaq üçün alınca qaçmaq istəyən əsgərlərə isə həmin maskalı şəxs mane olur. 


Bir anın içində xəstəxanada ara qarışır. Bütün jandarma qüvvələri məhkumu yaxalamaq üçün ardınca qaçır. Lakin onu yaxalamaq mümkün olmur.


Uluyol.info teleqraf.com-a istinadən həmin  görüntüləri təqdim edir:




 


Вернуться назад