Главная > Kriminal > Neftçalada kütləvi dava - Polis əməkdaşı bıçaqlandı

Neftçalada kütləvi dava - Polis əməkdaşı bıçaqlandı


20-03-2016, 03:17.
Neftçalada kütləvi dava - Polis əməkdaşı bıçaqlandı
Gecə saatlarında Neftçalada rayonun mərkəzində dava düşüb. 

Bu barədə Arqument.Az-a rayon sakinləri məlumat verib. 

Məlumata görə, mülki şəxslər arasında baş verən davanı sakitləşdirmək üçün əraziyə Polis Patrul Xidmətinin əməkdaşları çağırılıb. 

Olaya müdaxilə zamanı polis əməkdaşlarından biri bıçaqlanıb. Hadisə yerinə əlavə polis qüvvələri və təcili tibbi yardım cəlb olunub. 

Neftaçala rayon Polis İdarəsinin növbətçi hissəsindən Arqument.Az-a bildirilib ki, faktla bağlı araşdırma gedir və bu barədə heç bir məlumat verə bilməzlər. 

Вернуться назад