Главная > Mövqe > Əli Kərimlinin mühafizəçisi məhkəməyə verildi

Əli Kərimlinin mühafizəçisi məhkəməyə verildi


19-03-2016, 10:19.

Dövlət Sərhəd Xidməti Əli Kərimlinin mühafizəçisi, AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənli ilə bağlı məhkəməyə müraciət edib.

 

Azadlıq qəzeti xəbər verir ki, müraciətdə Bəhruz Həsənlinin Facebook-da yazdığı statusla onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyi qeyd olunur.

Məhkəməyə göndərilən iddiada Bəhruz Həsənlinin üzr istəməsi, yayılmış məlumatların yığışdırılması və DSX-yə dəymiş mənəvi zərərin əvəzi kimi cavabdeh şəxsdən 20 min manat məbləğində pulun cavabdehdən tutulması tələb olunur.


Вернуться назад