Главная > İdman > Venger: "Barselona" məğlubedilməz komanda deyil"

Venger: "Barselona" məğlubedilməz komanda deyil"


19-03-2016, 14:47.
Venger:
"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalında uduzduqları "Barselona" haqda danışıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis Kataloniya təmsilçisinin məğlubedilməz komanda olmadığını bildirib:

"Barselona" əvvəlki illərlə müqayisədə məğlubedilməz komanda deyil. Onlara qarşı keçirdiyimiz hər iki oyuna görə peşmanlıq hissi duyuram. Çünki daha yaxşı oynaya bilərdik və mərhələni adlamaq şansımız var idi".

Qeyd edək ki, Londonda 0:2, Kataloniyada "Barselona"ya 1:3 hesabı ilə uduzan "Arsenal" Çempionlar Liqasında mübarizəni dayandırıb.  


Вернуться назад