Главная > Aktual > "Təfəkkür" universitetinin rektoru Rusiyada kazino açdı - FOTO

"Təfəkkür" universitetinin rektoru Rusiyada kazino açdı - FOTO


18-03-2016, 20:51.
Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevin Rusiyada otel biznesi olduğu və onun hazırda Yesentuki şəhərində kazinoda açdigi ortaya çıxıb.

"Cəmil və Gur” adlandırılan otel kompleksinə niyə belə bir adın qoyulduğuna dair maraqlı təfərrüatlar açıqlayıb.Cəmil,Müşfiq Atakişiyevin otelin adındakı "Cəmil” Atakişiyevin atasının adıdır və onun şərəfinə belə nəzərdə tutulub. Amma "Gur”un mənası bəlli deyil. "Gur” sözü Qurgen adının qısaldılmış formasıdır.
Uluyol.info liderinfo.az-a istinadən yazır ki, Müşfiq Atakişiyev Esentukidə oteli erməni əsilli iş adamı Qurgenlə şərikli iş inşa etdirib,indidə o erməni ilə kazino açib.

Azərbaycanın ən qalmaqallı və saxtakarlıqda ad çıxarmış universitetlərindən biri olan Təfəkkür Universitetidir və onun rektoru Müşfiq Atakişiyevdi.


Hal hazırda buraxılış işləri və diplom üçün tələbələrdən rüşvət tələb olunur. Qeyd edək ki, Təfəkkür Universitetinin fəaliyyəti həmişə qalmaqalları ilə diqqəti çəkib. Xüsusən də "tələbə köçürməsi” məsələsində adı hallanan ali məktəbin hər il bu prosesdən milyonlar qazandığı deyilir. İddia olunur ki, Dərbənd filialından "köçürmə”yə görə, hər bir tələbə 15 min manatdan çox pul verməlidir. İldə isə minimum belə "köçürmə”lərin sayı 1000 nəfər təşkil edir.

Adıçəkilən ali məktəbdə hal hazırda TQDK-nın qəbulundan kənar coxlu sayda tələbənin təhsil aldığı deyilir, uşağın biri isə 10-15 min manatdan qəbul edilir.,Təfəkkür,,-də təhsil alanlardan fərqli olaraq illik təhsil haqqını ikiqat artıq ödəməli olurdular.Sən demə həmin əlavə ödənmiş pullar birbaşa Müşfiq Atakişiyevin və prorektor Rahim müəllimin cibinə axırmış.

Bu məsələylə bağlı araşdırmalarımız davam etdiyindən gələn yazılarımızda ətraflı məlumatlar verəcəyik.Əslində, Təfəkkür Universiteti ilə bağlı çox maraqlı bir araşdırma da aparılıb. Həmin araşdırmada bəzi maraqlı detallar olduğu üçün onları dəqiqləşdirmək zərurəti yaranıb. Ona görə də, həmin araşdırmanı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.Ən maraqlısı odurki,Təfəkkür unversitenin qapıda duran mühafizə xidməti jurnalistlərə qarşı çox kobud rəftarı ilə diqqəti cəlb eləyir.

Hardan qaynaqlarır bu aqressiya özümüzdə bilmədik.Müşfiq müəllim arada işçilərinizə KİV haqqında qanunları da xatırlatsanız pis olmaz.Hərçənd Təfəkkür unversitendidə qanundan kənar yəni yazılmamış qanunlar daha çox işləyir.Bir sözlə unversitetin qapısı qala qapısından möhkəm qorunur.

Unversitetdən verilən məlumata görə rektor və onun köməkçiləri 1 aydı işə gəlmir.Maraqlıdı görəsən səlahiyyətli nümayəndələr nə vaxt işdə olur?

Uluyol.info olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
Вернуться назад