Главная > Siyasət > Azərbaycan və Ermənistan prezidentləri ABŞ-da görüşəcək?

Azərbaycan və Ermənistan prezidentləri ABŞ-da görüşəcək?


18-03-2016, 12:49.

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.

 
APA-nın məlumatına görə, bu barədə Ermənistanın "Aykakan Jamanak” qəzeti yazıb.
 
Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər. 


Вернуться назад