Главная > Kriminal > Direktorun 23 minlik dələduzluğu - Şikayət

Direktorun 23 minlik dələduzluğu - Şikayət


18-03-2016, 16:51.

Xaçmaz rayonunda qeydiyyatda olan, Bakı şəhərində yaşayan Məmmədova Səidə Oruc qızı dələduzluğun qurbanı olub.

 

Bu barədə o, Qaynar.info-ya göndərdiyi müraciətdə bildirib.

 

Səidə Məmmədova yazır ki, Xaçmaz rayon Mehrəliqışlaq kənd orta məktəbinin direktoru Hacıyev Ağalar İbrahim oğlu və onun Xaçmaz Yolların Mühafizəsi İdarəsində çalışan oğlu Hacıyev Murad onu aldadaraq qızını ali məktəbə düzəltmək adı ilə 23 min manatını alıblar.

 

Bu gün qədər nə qızı ali məktəbə daxil olub, nə də ki, pulu geri qaytarılıb. Səidə Məmmədova dəfələrlə müxtəlif orqanlara müraciət etsə də, pulunu ala bilməyib. 23 min manatı mənimsəyən ata-oğul barədə də heç bir tədbir görülməyib. 

 

Səidə Məmmədova mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edərək kömək istəyib.


Вернуться назад