Главная > Mövqe > Gmail, Google və Youtube çökdü

Gmail, Google və Youtube çökdü


18-03-2016, 17:06.

Gmail və Youtube-də qısa müddətli çökmə baş verib və bir müddət əlaqə saxlamaq mümkün olmayıb.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qısa müddətli qəzanın ardından Youtube və Gmail yenidən istifadəyə verilsə də, bir çox istifadəçi uzun müddət əlaqə qura bilməyib.

Məlumatda qeyd edilir ki, bu gün saat 16.00 etibarı ilə Google-də yavaşıma və açılmama kimi problemlər başlayıb. Google-nin bu ləngiməni nə zaman aradan qaldıracağı bilinmir. Hər hansı bir hücum nəticəsində Google-nin çökdüyü də gələn iddialararasında yer alıb.


Вернуться назад