Главная > Ölkə > Müsavatda bayram – siyasi məhbuslar MSDM-in toplantısına qatıldı – FOTOLAR

Müsavatda bayram – siyasi məhbuslar MSDM-in toplantısına qatıldı – FOTOLAR


18-03-2016, 17:14.

Müsavatda bayram – siyasi məhbuslar MSDM-in toplantısına qatıldı – FOTOLARBu gün Müsavat Partiyasında bayram bayrama qarışdı.  Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) toplantısına yenicə həbsdən azad olunmuş siyasi məhbuslar qatıldı. Bu səbəblə toplantı iki hissədən ibarət oldu.

Toplantının birinci hissəsində müsavatçılar siyasi məhbusları ayaq üstə alqışladılar. MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı və istiqlalçı millət vəkili İsgəndər Həmidov çıxış etdilər. Çıxışlarda siyasi məhbusların bütün çətinliklərə baxmayaraq, özlərini layaqətla apardıqlarını, onların azad olunmasının təkcə doğmaları və təmsil olunduqları təşkilatlar üçün deyil, bütün Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığı qeyd olundu. Həmçinin bildirildi ki, həbsxanalarda hələ çox sayda siyasi məhbus qalıb, onların da azadlığa buraxılması tələb olundu.

Daha sonra Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov çıxış etdilər. Həbsxanada olduqları müddətdə məhbuslara cəmiyyətdən verilən dəstəyi daim hiss etdiklərini vurgulayıb hər kəsə təşəkkür etdilər. Bu şərəfli mübarizədə yenə də öndə olacaqlarını bildirdilər.

Yenicə həbsdən çıxmış siyasi məhbus Sirac Kərimli və Rəşadət Axundov da onlara dəstək olan hər kəsə təşəkkürünü çatdırdılar.

Toplantının ikinci hissəsində Müsavat başqanı Arif Hacılı "Böhran şəraitində Azərbaycanın xarici siyasəti” mövzusunda məruzə ilə çıxış etdi.  Arif Hacılı qeyd etdi ki, artıq Rusiya dünyanın taleyini həll edən super güc deyil. Bildirdi ki, indi Türkiyənin dünya siyasətinə təsiri Rusiyadan daha güclüdür: "Düzdür, Rusiya ayıdır, amma onun dişləri sındırılıb və dırnaqları kəsilib”. Arif Hacılı vurğuladı ki, bu həssas məqamda Azərbaycan öz xarici siyasətini Türkiyə ilə uzlaşdırmalı, Qərbə inteqrasiya siyasətini davam etdirməli, Ukrayna və Gürcüstanla əlaqələri genişləndirməlidir.

Çıxış ətrafında müzakirələr aparıldı, suallara cavab verildi.

Mustafa Hacıbəyli, bastainfo.com


Вернуться назад