Главная > Müsahibə > Yadigar Sadıqov həbsxanadan çıxdı

Yadigar Sadıqov həbsxanadan çıxdı


18-03-2016, 00:24.
Müsavat başqanının müavini, Yadigar Sadıqov artıq həbsxanadan çıxıb. 
 
 Bu haqda "Basta” ya Müsavat başqanının müavini Elman Fəttah məlumat verib.
 
 Bu gün ölkə başçısı İlham Əliyevin əfv fərmanına əsasən 14 siyasi məhbus, o cümlədən Yadigar Sadıqov azad edilib.
 
 Müsavat Partiyasının bir qrup üzvü Yadigar Sadıqovu qarşılamaq üçün 14 saylı cəzaçəkmə müəssisəsində olublar. Lakin oradan bildirilib ki, fərman sabah icra olunacaq. Buna rəgmən Yadigar Sadıqov gecə saat 23:30-da Penetensiar Xidmətin avtomobilində Bakıdakı qohumunun evinə çatdırılıb.
 
 Hazırda Yadigar Sadıqov Müsavat başqanı Arif Hacılı ilə bir yerdədir.

Вернуться назад