Главная > Müsahibə > Siyasi məhbus Sirac Kərimli artıq evindədir – FOTO

Siyasi məhbus Sirac Kərimli artıq evindədir – FOTO


17-03-2016, 22:52.

Bu gün ölkə başçısı İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılan siyasi məhbus Sirac Kərimli penetensiar xidmətin avtomobilində gecə ikən evinə çatdırılıb. Bu haqda "Basta” əməkdaşı Müsavat başqanı Arif Hacılıdan məlumat alıb.

Bu gün bir qrup Müsavat üzvü və Sirac Kərimlinin ailə üzvləri onun saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində olublar. Lakin oradan bildirilib ki, Sirac Kərimli yalnız sabah azad ediləcək.

Eyni cavab 13 saylı cəzaçəkmə müəssisəsində Tofiq Yaqublunu qarşılamaq üçün gedən müsavatçılara verilib.

Belə məlum olur ki, hakimiyyət müxalifətçilərin dəbdəbəli qarşılanma mərasimlərini əngəlləmək üçün növbəti hiylə işlədib. Siyasi məhbusları qarşılamağa gedən müxalifətçiləri geri qaytarsalar da, sonra Penetensiar Xidmətin maşınlarında siyasi məhbusları evlərinə çatdırıblar.

Məlumata görə, artıq Nida üzvü Rəşadət Axundov da evinə çatdırılıb.

Siyasi məhbus Sirac Kərimli artıq evindədir – FOTO


Вернуться назад