Главная > Mövqe > Avropa Məhkəməsi hökuməti 32 min 448 avro cərimələdi - Rəsul Cəfərova görə

Avropa Məhkəməsi hökuməti 32 min 448 avro cərimələdi - Rəsul Cəfərova görə


17-03-2016, 18:22.
Avropa Məhkəməsi hökuməti 32 min 448 avro cərimələdi - Rəsul Cəfərova görə
Tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə Avropa İnsan Haqları Məhkəməsi qərarını bu gün açıqlayıb.

Avropa Məhkəməsi Rəsul Cəfərovla bağlı Nəsimi məhkəməsinin çıxartdığı qərarların Avropa Konvensiyasının tələblərinə zidd olduğunu bildirib.

Məhkəmənin bu qərarından Avropa məhkəməsinə verilmiş şikayətə baxılaraq bu gün qərar elan olunub.

Qərarda bildirilir ki, Avropa insan hüquqları konvensiyasının 5-ci maddəsinin 1-ci, 5-ci maddəsinin 4-ü və 18-ci maddələri pozulub. 

Bütün bunları nəzərə alaraq Avropa insan haqları məhkəməsi Azərbaycan hökumətini 32 min 448 avro məbləğində cərimələnməsi haqında qərar cıxarıb.///azadlıq.info

Вернуться назад