Главная > Aktual > Hökumət Tofiq Yaqubluya 24 min avro təzminat ödəyəcək

Hökumət Tofiq Yaqubluya 24 min avro təzminat ödəyəcək


5-11-2015, 21:09.

 

Avropa Məhkəməsi Tofiq Yaqublu ilə bağlı qərar verdi

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 5-də Müsavat başqanının müavini Tofiq Yaqublunun dərhal azad edilməsi və ona 24 000 avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Söhbət Cenevrə konvensiyanın 5-ci maddəsinin (azadlıq hüququnun pozulması) pozulmasından gedir.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunub. 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. O həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunur. Müdafiə tərəfi ittihamları rədd edir və həbsin siyasi sifariş olduğunu deyir.

İnsan haqları təşkilatları da onu siyasi məhbus elan edib.

Ali Məhkəmə Oktyabrın 13-də Tofiq Yaqublunun işinə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Avropa İnsan Haqları Məhkəməsi bundan əvvəl onunla birlikdə həbs olunan və 7 il yarım azadlıqdan məhrum edilən REAL hrəkatının lideri İlqar Məmmədov barəsində də eyni qərar çıxarıb. Amma qərar indiyədək icra edilməyib. 

İlqar Məmmədovun da işi Tofiq Yaqublu ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.(meydan.tv)


Вернуться назад