Главная > Siyasət > AİP Novruz Bayramı münasibəti ilə məhbus ailələrini təbrik edib

AİP Novruz Bayramı münasibəti ilə məhbus ailələrini təbrik edib


17-03-2016, 17:28.

 

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük
təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü
qarşılamaq  deməkdir.Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi özündə yaşadan Novruzda insanlar mehribanlıq
nümayiş etdirir, bir-birlərinə baş çəkir,dərdlərinə şərik olur, mərhəmət və
diqqət göstərirlər. Qarşıdan gələn bahar bayramı həm də şəfqət
göstərmək,əl tutmaq, sevinc bəxş etmək üçün bir vasitədir.
 
FaktXəbər-in verdiyi məlumata görə, bu məqsədlə Azərbaycan İslam
Partiyası (AİP)bayram ərəfəsində bir qrup şəhid və məhbus ailələrinə
bayram sovqatı təqdim edərək,onları bu gözəl el bayramı münasibətilə ilə
təbrik edib,ən xoş arzularını bölüşüb. Şəhid və məhbus ailələrinə Allahdan
səbr diləyib.

 


Вернуться назад