Главная > Araşdırma > 60 yaşdan sonra bu qidaları yeməyin

60 yaşdan sonra bu qidaları yeməyin


8-02-2024, 20:37.

Yetkinlik dövründə bəzi qidalar sağlamlıq vəziyyətini ağırlaşdırır və xəstəliklərin yaranmasına səbəb olur. 60 yaşdan yuxarı insanlar sağlamlıqlarına zərər verməmək üçün bəzi qidalardan uzaq durmalıdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, dietoloq Blanca Garcia 60 yaşdan yuxarı insanların daha çox su içməyi məsləhət görüb.

Araşdırmalara görə, bu, artıq çəkidən qurtulmağa, piylənmə və 2-ci tip diabet riskini azaltmağa kömək edir. Bundan əlavə, su bədəndən toksinləri daha sürətli çıxarmağa kömək edir.

Daxili orqanların sağlamlığını qorumaq üçün hər gün göyərti və tərəvəz, eləcə də giləmeyvə yemək lazımdır. Lakin çəki artımı və qan şəkərində sıçrayışların qarşısını almaq üçün onları da ehtiyatla istehlak etmək lazımdır.

İşlənmiş qidalar, çipslər, bişmiş məhsullar və dondurmanı qida rasionundan çıxartmaq lazımdır. Bu cür məhsullarda hüceyrə və toxuma bərpasını təşviq edən qidalar yoxdur. Lakin onların tərkibində çox miqdarda təmizlənmiş karbohidratlar, boyalar və şəkər var. Bu, bədən çəkisinin artmasına və qida maddələrinin balansının pozulmasına səbəb olur.

 


Вернуться назад