Главная > Maraqlı > "iPhone 16 Plus"la bağlı maraqlı iddia

"iPhone 16 Plus"la bağlı maraqlı iddia


8-02-2024, 19:24.

            "iPhone 16 Plus"la bağlı maraqlı iddia

 

"Apple" şirkəti, daha bahalı "iPhone 16 Pro Max" modeli ilə rəqabət etməmək üçün funksiya baxımdan ona yaxın olan "iPhone 16 Plus"un batareya tutumunu azaltmaq qərarına gəlib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "iPhone 16" 3561 mAh, "iPhone 16 Plus" 4006 mAh, "iPhone 16 Pro Max" isə 4676 mAh batareyaya sahib olacaq.

Əvvəlki modellərlə müqayisədə "iPhone 16 Plus"da batareya tutumunun aşağı salınması və digər versiyaların artması suallar doğurur.

Belə bir addım daha bahalı modellərin üstünlüklərini vurğulamaq və bununla da istehlakçıları premium cihazları seçməyə həvəsləndirmək məqsədi daşıya bilər.

 


Вернуться назад