Главная > Region / Aktual > Kərkükdən Bakıya ilk reys açıldı

Kərkükdən Bakıya ilk reys açıldı


2-02-2024, 15:07.

     Kərkükdən Bakıya ilk reys açıldı

 

Bu gün "İraqi Airways” aviaşirkəti ilk dəfə olaraq Kərkükdən Bakıya uçuşlara başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, gələcəkdə Ərbil-Bakı və Bəsrə-Bakı reyslərin açılışı da planlaşdırılır.

"Bu gün ilk dəfə olaraq Kərkükdən Bakıya uçuş başlayıb. Növbəti sırada Ərbil-Bakı və Bəsrə-Bakı reysləri var”, - paylaşımda qeyd olunur.

 

Kərkükdən Bakıya ilk reys açıldı (FOTO)
Вернуться назад