Главная > Cəmiyyət > Apelyasiya Məhkəməsi jurnalisti həbsdə saxladı

Apelyasiya Məhkəməsi jurnalisti həbsdə saxladı


20-12-2023, 18:32.

                Apelyasiya Məhkəməsi jurnalisti həbsdə saxladı

 

Bu gün Bakı Apellyasiya Məhkəməsi (BAM) Həsən Əhmədovun sədrliyi ilə araşdırmaçı jurnalist Hafiz Babalının həbsindən verilmiş apelyasiya şikayətini təmin etməyib.

 

"Turan" Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb.

 

O, "Abzas Media" jurnalistlərinə qarşı iş çərçivəsində cəlb ounub.

 

Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Babayevin 3 ay müddətinə həbsi haqqında qərar çıxarıb.

 

Müdafiə tərəfi Babalının ilkin həbsi haqqında qərarın ləğv edilməsini xahiş edib.

 

Vəkil Rəsul Cəfərov bildirib ki, istintaq jurnalistin həbsdə saxlanılması üçün kifayət qədər dəlil təqdim etməyib.

 

Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib.

 

Müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi üçün tədbirləri davam etdirir.

 

Babalının ev dustaqlığına keçirilməsi haqqında vəsatət verəcək.

 


Вернуться назад