Главная > Ölkə > Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ


26-12-2023, 17:24.

             Güclü külək əsəcək, yağış yağacaq -XƏBƏRDARLIQ

 

Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətli qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

 

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində havanın fasilələrlə yağıntılı olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.
Dekabrın 28-i səhərdən 29-u səhərədək isə qısa müddət ərzində əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

 


Вернуться назад