Главная > Araşdırma > Qiymət artımının ilk və dəyişməz “HƏDƏFİ”: “Tütün məmulatları ilə alkoqollu içkilərin bahalaşması...”

Qiymət artımının ilk və dəyişməz “HƏDƏFİ”: “Tütün məmulatları ilə alkoqollu içkilərin bahalaşması...”


5-12-2023, 17:54.

             Qiymət artımının ilk və dəyişməz "HƏDƏFİ”:"Tütün məmulatları ilə alkoqollu içkilərin bahalaşması...”

 

"Sadalanan amillər həm də cəmiyyəti tütün istifadəsindən çəkindirməyə xidmət edir”.

Bu fikirləri qiymət artımının niyə məhz tütün məmulatları və alkoqollu içikilərdə daha çox baş verməsinə aydınlıq gətirən iqtisadçıElman SadıqlıYenicag.az-a açıqlamasında deyib.


  • Onun sözlərinə görə, hazırda dünya ölkələrinin əksəriyyətində sözügedən məhsulların qiymətində artım müşahidə edilir:

"Bu mallara şamil edilən qiymət artımı cəmiyyət içində heç də birtərəfli narazılıqla qarşılanmır. Çünki ərzaq və gündəlik tələbat malları ilə müqayisədə tütün və alkoqol istehlakçısı olan kütlə cəmiyyətin sadəcə, müəyyən qismini təşkil edir.

Bir sözlə, tütün və alkoqol tərkibli məhsullarda qiymət artımına qarşı narazılıq yalnız onlardan istifadə edənlərdə özünü göstərir. Eyni zamanda, hər kəs bu məhsulların insan orqanizmi üçün zərərli olduğunu nəzərə alır.

Eyni zamanda, son dövrlərdə əksər film və seriallarda tütün istifadə edilən səhnələrin senzuralandığını müşahidə edə bilərsiniz. Hətta köhnə filmlərdə də siqarətdən istifadə edilən epizodlara bulanıqlıq effekti əlavə edilməyibsə, yayım şirkəti buna görə cəriməyə məruz qalır.

Sadalanan amillər həm də cəmiyyəti tütün istifadəsindən çəkindirməyə xidmət edir. O baxımdan, cəmiyyətin bəzi hissəsinin tütün və alkoqol məhsullarının bahalaşmasından razı qaldığı da vurğulana bilər. Cəmiyyətin yanaşmasını müşahidə edən hökumət də ilk növbədə tütün məmulatlarına qiymət artımı tətbiq etməyi daha səmərəli sayır”.

 


Вернуться назад