Главная > Kriminal > "Baykar"dan hard disk oğurladı - HƏBS OLUNDU

"Baykar"dan hard disk oğurladı - HƏBS OLUNDU


22-11-2023, 17:42.

            "Baykar"dan hard disk oğurladı - HƏBS OLUNDU

 

Türkiyənin "
Baykar" şirkətindən 4 hard disk oğurladığı müəyyən edilən Ahmet Anıl həbs olunub.

Uluyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, 2 ay əvvəl "Baykar"ın PUA fabrikinin informasiya texnologiyaları şöbəsində təcrübəçi kimi işə başlayan Ahmet Anılın üzərindən şirkətə məxsus 4 hard disk aşkar edilib.

Hadisə yerinə gələnpolis şübhəli şəxsi nəzarətə götürüb.

Məlumata görə, Ahmet Anıl2017-ci ildə kafelərin birindən noutbuk oğurlayıb.O,sözügedən diskləri satmaq üçün oğurladığını etiraf edib.

A.Anıl məhkəmənin qərarı ilə həbs edilib.

 


Вернуться назад