Главная > Dünya > Şoyqunun oğlu axtarışa verildi - FOTO

Şoyqunun oğlu axtarışa verildi - FOTO


22-11-2023, 17:58.

                   Şoyqunun oğlu axtarışa verildi - FOTO

 

Ata Şoyqu Ukrayna ilə müharibədə olarkən, onun gizli oğlu Moskvada maşınla gəzir, kef çəkir və cərimə ödəmir.

Musavat.comxarici agentliklərə istinadən xəbər verir ki, Moskva məhkəmə icraçıları estrada müğənnisi Danila Şebunov barəsində 20-yə yaxın icraat işi başladıb.

İnzibati cərimələrin demək olar ki, hamısı onun sürətli sürmək aludəsinə görə yazılıb. Şebunov həm müğənni "Şeba”, həm də Sergey Şoyqunun qeyri-qanuni oğlu kimi tanınır.

Mətbuatın yazdığına görə, "Şeba” 5,5 milyon rubl dəyərində Alman "Audi Q5” avtomobilinə sahibdir. Şebunov ödəməyə tələsmədiyi 10,5 min rubl üçün yol polisindən ən azı 18 cərimə "yeyib”.

Cərimələrin bəziləri hələ may ayından onun üzərində qalıb.

Şoyqunun oğlu biznesmendir. İndi o, Moskvanın mərkəzində böyük ofis binalarını icarəyə verən "Capital Invest” şirkətinin sahibidir. Federal Vergi Xidmətinin məlumatlarına görə, bu şirkətin heyətində yalnız bir nəfər var, o da Danila özüdür. 2020-ci il üçün o, özünə 4 milyon rubl maaş yazıb. Bu, atasının 2000-ci illərdə Fövqəladə Hallar Nazirliyinin rəhbəri kimi aldığından çoxdur.

Gələn məlumatlara görə Şeba Avropanı gəzməyi çox sevir. 2016-cı ildən o, bir neçə dəfə İspaniyaya (NATO ölkəsi) uçub. Onun sevimli futbol komandaları orada oynayır. Özü də CSKA Akademiyasını bitirib və Tulanın "Arsenal” klubunun gənclər komandasında oynamağı bacarıb. Kluba Putinin keçmiş mühafizəçisi Aleksandr Düminin rəhbərlik etdiyi Tula vilayətinin hökuməti sponsorluq edir.

Futbolda uğur qazana bilməyən Şebunov müğənni olmaq eşqinə düşüb. İndi o, "Şeba” təxəllüsü ilə videolar çəkir.

Danila Sergey Şoyqunun ikinci, qeyri-qanuni oğludur. 2001-ci ildə onu Fövqəladə Hallar Nazirliyində stüardessa işləyən, nazirin məşuqəsi Elena Şebunova dünyaya gətirib. Elena Şebunova daha sonra Litva və Rusiya vətəndaşı Adolfas Kaminskasla evlənib və onun soyadını götürüb.

 


Вернуться назад