Главная > İdman > Prezidentdən Tottiyə şok çağırış: "Karyeranı bitir"

Prezidentdən Tottiyə şok çağırış: "Karyeranı bitir"


16-03-2016, 23:38.
"Roma"nın prezidenti Ceyms Rallotta ilginc açıqlama verib. Fanat.az xəbər verir ki, o, klubun simvoluna çevirilmiş Françeseo Tottini karyerasını bitirməyə çağırıb.

Ceyms Rallotta bu barədə ABŞ-ın Boston şəhərində keçirilən konfransda açıqlama verib. Tottinin İtaliya futbol tarixinə adını qızıl hərflərlə yazdırdığını bildirən klub rəhbəri ulzud futbolçunun artıq yaşlındığını deyib: "Françesko artıq 39 yaşındadı. İnanılmaz bir istedada və qabliyyətə rəğmən açıq-aşkar görünür ki, bir çox insan artıq onun əvvəlki kimi oynamadığını düşünür. Vücudu ona bəzi şeyləri anlatmağa çalışsa da, ağılı başqa şeylər söyləyir. Müqavilə müddəti mövsümün sonunda bitməsinə rəğmən yenilənməsini istəyir. "Roma" ailəsindən də karyerasını bitirməsi yönündə inanılmaz basqı var. Buna rəğmən onunla dəfələrlə danışdım və "Bizimlə fərqli şəkildə 30 il çalışa bilərsən, bunu düşün" dedim". 

Qeyd edək ki, bu mövsüm "Roma"nın formasını cəmi 8 rəsmi oyunda geyinib 247 dəqiqə oynayan Totti 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Paytaxt klubunun yetirməsi olan futbolçu karyerası 1993-cü ildən əsas komandada çıxış edir.


Вернуться назад