Главная > İdman > AVRO-2024-ün qalibi nə qədər qazanacaq? - MƏBLƏĞ

AVRO-2024-ün qalibi nə qədər qazanacaq? - MƏBLƏĞ


22-11-2023, 19:35.

              AVRO-2024-ün qalibi nə qədər qazanacaq? - MƏBLƏĞ

 

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatını qazanan komanda 34 milyon dollar mükafat alacaq.

Offsideplus.az xəbər verir ki, FIFA ümumilikdə 371 milyon avro mükafat məbləği təyin edib. Turnirə qatılan hər bir ölkə 9,25 milyon avro qazanacaq. Qrupdakı hər qalibiyyət 1,5 milyon avro, hər heç-heçə isə 750 000 avro ilə mükafatlandırılacaq. 1/8 finala çıxan komandalar 2 milyon avro, 1/4 finala yüksələnlər isə 3,25 milyon avro ödəniş olunacaq.

FIFA yarımfinala çıxan komandaların hər birinə 5 milyon avro, çempion komandaya 10 milyon, finalistə isə 7 milyon avro ödəyəcək. Bu rəqəmlərə əsasən, qrupunda bütün oyunları qazanıb, finala çıxan ölkə ümumilikdə 34 milyon avro qazanc əldə edə bilər.

Qeyd edək ki, Avropa çempionatı 14 iyundan 14 iyul tarixinədək davam edəcək.

 


Вернуться назад