Главная > Ölkə > Müsavat başqanının oğlu ev dustaqlığına buraxılmadı

Müsavat başqanının oğlu ev dustaqlığına buraxılmadı


22-11-2023, 19:37.

     Müsavat başqanının oğlu ev dustaqlığına buraxılmadı

 

Bakı şəhəri Yasamal rayon məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Bu barədə Orxan Hacılınınvəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib, Orxan Hacılı ev dustaqlığına buraxılmayıb.

"Bu işin öz spesifik xüsusiyyətləri var. Hüquqlarını müdafiə elədiyim şəxsin ittiham olunduğu maddələrin sanksiyasında iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Prosessual qanunvericiliyə əsasən, iki ilədək azadlıqdan məhrumetmə cəzası yalnız o halda seçilə bilər ki, şəxs cinayət təqibini həyata keçirən orqanlardan gizlənsin”.

Возможно, это изображение 10 человек

Vəkil hesab edir ki, bu qərar prosessual qanunvericiliyin pozuntusudur.

 

Nemət Kərimli bundan sonra apellyasiya şikayəti verəcəyini bildirib.

Vəkil deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.

"Orxan avtomobillə hərəkət edərkən qarşısına çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kimsə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, deyə Kərimli qeyd edib.

Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Noyabrın 2-də onunbarəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı hələlik Yasamal rayon məhkəməsindən və digər rəsmi qurumlardan rəsmi açıqlama almaq mümkün olmayıb.

Возможно, это изображение 13 человек и текст «SHOT ON MI SE ITRIPLE CAMERA»

 

Turan

 


Вернуться назад