Главная > Dünya > Şolts yəhudi baş geyimində görüntüləndi

Şolts yəhudi baş geyimində görüntüləndi


22-10-2023, 18:41.

               Şolts yəhudi baş geyimində görüntüləndi

 

Almaniya kansleri Olaf Şolts Dessau şəhərində yeni sinaqoqun açılışına yəhudi kipası taxaraq gəlib.

Yenicag.az xəbər verir ki, foto onun "X” sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

O yazıb ki, hakimiyyət sinaqoqun dağıdılmasından 85 il sonra boşluqları doldurur.

"Yəhudilərin həyatı Almaniyanın bir hissəsi olub və belə olaraq da qalır”, – kansler qeyd edib.

O, Almaniyada antisemitizmə və nifrətin qızışdırılmasına yer olmadığını və Almaniyanın "hər yerdə və həmişə” yəhudilərin həyatını qoruyacağını vurğulayıb.

 


Вернуться назад