Главная > Aktual > Fransa Ermənistanı silahlandırır. Bu gün saziş imzalanacaq

Fransa Ermənistanı silahlandırır. Bu gün saziş imzalanacaq


22-10-2023, 13:45.

             Fransa Ermənistanı silahlandırır. Bu gün saziş imzalanacaq

 

Fransanın müdafiə naziri Sebastien Lecornu bildirib ki, bazar günü rəsmi Paris və İrəvan Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə vasitələrinin alınmasına dair saziş imzalayacaqlar.

Bu barədə RİA Novosti Lekornunun şənbə günü müsahibə verdiyi Parisien nəşrinə istinadən məlumat yayıb.

"Ermənistan öz mülki əhalisini və sərhədlərini qorumağı bacarmalıdır. "Sabah biz Ermənistana öz hava məkanının mühafizəsini təmin etməyə imkan verəcək saziş imzalamaqla Ermənistanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik”, – deyə Fransanın müdafiə naziri bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna Fransanın Ermənistanla müqavilə imzalayacağını və Ermənistana hərbi texnikanın veriləcəyini bildirmişdi.

 


Вернуться назад