Главная > Cəmiyyət > Oktyabrda taksilər əlçatan olacaqmı?

Oktyabrda taksilər əlçatan olacaqmı?


7-09-2023, 21:21.

            Oktyabrda taksilər əlçatan olacaqmı?

 

Oktyabrın 1-dən Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklər qüvvəyə minəcək.

İndidən isə sosial şəbəkələrdə taksi qıtlığının anonsu verilir. Bildirilir ki, yeni qanunvericiliyin tələblərinə uyğun olmayan, rüsum ödəməyən, taksometr quraşdırmayan taksilər proqramdan ayrılacaq və, beləliklə, həm taksi qıtlığı yaranacaq, həm də bəzi şəxslər işsiz qalacaq. Digər tərəfdən, oktyabrdan taksi xidmətlərinin qiymətlərinin qalxacağı ilə də bağlı narahatlıqlar var.

Bu ilin iyulunda "Dövlət rüsumu haqqında” və "Avtomobil nəqliyyat haqqında” qanunlara dəyişikliklər edilib. Həmin dəyişikliklərə görə, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün 3 min manat rüsum ödənilməlidir. Bundan əlavə, taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır. Taksilərə rəqəmsal taxoqraf və taksometr cihazları quraşdırılmalıdır.

 


Вернуться назад