Главная > Baş Xəbər / Ölkə > Qeydiyyatı yenilənən partiyaların sayı 12-yə çatdı

Qeydiyyatı yenilənən partiyaların sayı 12-yə çatdı


7-09-2023, 21:00.

           Qeydiyyatı yenilənən partiyaların sayı 12-yə çatdı

 

Ədliyyə Nazirliyi siyasi partiyaların dövlət qeydiyyatının yenilənməsini davam etdirir. "Turan”ın 7 sentyabr məlumatına görə, 12 partiya prosesi geridə qoyub: Ağ Partiya, Ana Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası.

2023-cü il yanvarın 11-də qüvvəyə minən siyasi partiyalar qanunu dövlət qeydiyyatı üçün minimum üzv sayını 1000 nəfərdən 5000 nəfərə qaldırıb. Dövlət qeydiyyatında olan partiyalara üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün iyulun 10-dək vaxt verilib.

59 partiyanın 27-si Ədliyyə Nazirliyinə reyestr təqdim edə bilib. Qalan partiyalar ya özünü buraxıb, ya da üzvlərinin sayını 5000 nəfərə çatdıra bilmədiyini bəyan edib.

 


Вернуться назад